Azərbaycan millisi Litvaya qalib gəldi
- 2022-05-19 23:00
- 359
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Bakıda təlim-məşq toplanışında olan Litva millisi ilə bu gün yoxlama oyunu keçirib.
Rekord.az xəbər verir ki, Bakı “Su İdman Sarayı”nın ərazisindəki çimərlik futbolu meydançasında keçirilmiş oyun 1:1 hesabı ilə başa çatıb.
Millimizin heyətində Ramil Əliyev fərqlənib. Qarşılıqlı razılıq əsasında əlavə iki hissə oynanılıb və burada da hesab dəyişməyib. Penaltilər seriyasını daha dəqiq yerinə yetirən millimiz 5:4 hesablı qələbə qazanıb.
Litva millisi Bakı toplanışı çərçivəsində millimizə qarşı mayın 20-də və 21-də daha iki oyun keçirəcək.