Qadın həndbolçular arasında Azərbaycan kubokunun sahibi bəlli olub.
Rekord.az xəbər verir ki, "AHF Arena"da keçirilən final matçında "Azəryol" və "Kür" komandaları qarşılaşıblar.
Maraqlı mübarizə şəraitində keçən matçda 35:28 hesabı ilə qələbə qazanan "Azəryol" qızıl medallara sahib çıxıb.