Futbol üzrə Azərbaycan kubokunda 1/8 final mərhələsinin oyun cədvəli müəyyənləşib.

Rekord.az PFL-ə istinadən xəbər verir ki, bir oyundan ibarət olan mərhələnin görüşləri iki günü əhatə edəcək:

Azərbaycan kuboku
1/8 final mərhələsi

3 dekabr

Keşlə – Kəpəz
“ASCO Arena”, 15:00

4 dekabr

Zirə – Qaradağ Lökbatan
Zirə İdman Kompleksinin stadionu, 14:00

Sabah – Ağsu
“Bank Respublika Arena” (ehtiyat meydança), 15:00

Sumqayıt – Zaqatala
Sumqayıt şəhər stadionu, 17:00

Qeyd: Püşkatmaya uyğun olaraq “Qaradağ Lökbatan” – “Zirə” görüşü hər iki komandanın razılığı əsasında “Zirə” – “Qaradağ Lökbatan” qarşılaşması kimi oynanılacaq. “Sabah” – “Ağsu” matçından başqa, bütün oyunlar “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.