
Azərbaycan klubu heyətinə yeni basketbolçu cəlb edib
- 06 Yan 2025 19:03
- 272
Azərbaycan Basketbol Liqasında çıxış edən "Ordu" heyətini yeni oyunçu ilə gücləndirib.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Paytaxt təmsilçisi Nəcəf Babayevlə müqavilə imzalayıb.
Nəcəf Babayev daha əvvəl "Abşeron"un uğurları üçün çalışıb.