Azərbaycan karateçisi Hüseyn Məmmədli Avstriyanın Zalsburq şəhərində keçirilən "Karate-1" A Seriya turnirində uğurlu çıxış edib.


Bu barədə Rekord.az-a Azərbaycan Karate Federasiyasının mətbuat xidmətindən məlumat verilib.


O, yarışın finalınadək irəliləyərək gümüş medal əldə edib.


Karate-1 A Seriya turnirləri idmançıların dünya reytinqində xal toplaması baxımından böyük əhəmiyyət kəsb edir.