
Azərbaycan karateçiləri dünya çempionatına yola düşüblər
- 07 May 2025 17:20
- 57
Azərbaycanın ənənəvi karate üzrə milli komandası Fudokan üslubu üzrə 10-cu dünya çempionatında iştirak etmək üçün Polşanın Pulawy şəhərinə yola düşüb.
Rekord.az xəbər verir ki, komandanı Heydər Əliyev Beynəlxalq Hava Limanından Azərbaycan Karate Federasiyasının baş katibi Qabil Sayadov yola salıb.
Qeyd edək ki, milli komandaya Azərbaycan Karate Federasiyası prezidentinin köməkçisi, ənənəvi karate fudokan üzrə nümayəndə Vüsal Abdullazadə rəhbərlik edir.
Dörd ildən bir keçirilən dünya çempionatı 8-11 may tarixlərini əhatə edir.