
Azərbaycan ilk dəfə DÇ-də 4 kateqoriyada 6 badmintonçu ilə təmsil olunacaq
- 16:20
- 25
Azərbaycan ilk dəfə badminton üzrə dünya çempionatında 4 kateqoriyada 6 idmançı ilə təmsil olunacaq.
Rekord.az xəbər verir ki, 25-31 avqust aralığında Fransanın paytaxtı Parisdə keçiriləcək yarışda 4 kateqoriya üzrə 6 badmintonçu reytinq sıralamasına əsasan iştirak hüququ qazanıb.
Kişilərin şəxsi yarışında Edi Reski Dviçayo və Diki Pangestu, qadınlardan Keişa Fatimə Zəhra, kişilərin qoşa kateqoriyasında Aqil Qəbilov-Diki Pangestu cütü və qarışıq qoşa kateqoriyasında Cahid Əlhəsənov - Həcər Nuriyeva tandemi ölkəmizi mundialda təmsil edəcəklər.
Qeyd edək ki, Azərbaycan Badminton Federasiyasının 2025-2028-ci illəri əhatə edəcək strategiyasının əsas hədəflərindən biri qarşıdakı illərdə badmintonçuların Avropa və dünya çempionatlarında mütəmadi olaraq bütün kateqoriyalar üzrə iştirakını təmin etməkdir.