Azərbaycan idmançısı olimpiya reytinqində 11 pillə irəlilədi
- 2022-11-15 19:30
- 332
Azərbaycan triatlonçusu Rostislav Pevtsov olimpiya reytinqində 11 pillə irəliləyib.
Rekord.az xəbər verir, buna 35 yaşlı idmançının Çilidə keçirilən Dünya Kubokunun Vina Del Mar mərhələsində 11-ci yeri tutması səbəb olub.
O, hazırda 48-ci sırada qərarlaşıb. Reytinqdə 55 ən yaxşı idmançı 2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanacaqlar.