Azərbaycanı dağ xizəyi üzrə yarışlarda təmsil edən İlya Kostov İtaliyanın Santa Katerina Valfurva xizək mərkəzində keçirilən FIS təqviminin beynəlxalq yarışında birinci yeri tutub.

Rekord.az xəbər verir ki, atletimiz “downhill” növü üzrə qalib adına yiyələnib.

O, 18 yaşa qədər olan yeniyetmələr kateqoriyasında 11 ölkədən olan 41 idmançı arasında bütün rəqiblərini üstələyib.

Xatırladaq ki, yarışlara 3 yaş kateqoriyasi üzrə 11 ölkədən 106 iştirakçı qatılıb.