
Azərbaycan gimnastlarından Dünya Oyunlarında gümüş medal
- 15 Avq 2025 17:40
- 228
Azərbaycanın aerobika gimnastikası üzrə millisi Çinin Çendu şəhərində keçirilən Dünya Oyunlarında mükafatçılar sırasına düşüb.
Rekord.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Vladimir Dolmatov və Mədinə Mustafayevadan ibarət qarışıq cüt 19.750 xalla gümüş medal əldə edib.