Azərbaycan təmsilçiləri Portuqaliyanın Santarem şəhərində keçirilmiş batut gimnastikası və tamblinq üzrə “ScalabisCup 2025” beynəlxalq turnirində medallar qazanıblar.


Rekord.az xəbər verir ki, tamblinq üzrə U-12 yaş kateqoriyasında Sənan Rzazadə 21.300 xalla birinci yeri tutub.


Əsnad Niftiyeva (18.600 xal) ikinci olub.


Böyüklər arasında Tofiq Əliyev, Bilal Qurbanov və Aleksey Karataşovdan ibarət komanda (156.300 xal) qızıl mükafat əldə edib. Fərdi yarışlarda Tofiq Əliyev (28.200 xal) gümüş, Bilal Qurbanov (26.400 xal) bürünc medala sahib çıxıb.


Batut gimnastikasında isə U-14 kateqoriyasında Muhəmməd Həsənli (46.350 xal) ilə Fərhad Mustafayev (49.190 xal) birinci, Ammar Baxşalıyev (53.000 xal) ikinci, Nicat Mirzəyev (53.820 xal) üçüncü yeri tutub.


Amma Baxşalıyev ikili-mini batutda 23.900 xalla bürünc medal əldə edib.