Nikita Simonov Almaniyanın Leypsiq şəhərində idman gimnastikası üzrə Avropa çempionatında 4-cü yeri tutub.


Rekord.az xəbər verir ki, Azərbaycan millisinin idmançısı halqalarla yarışın finalında çıxış edib.


O, 14,333 xal toplayıb ki, bu da dördüncü nəticə olub.


Bu növdə qələbəni daha əvvəl çoxnövçülükdə qalib olmuş türkiyəli Adem Asil qazanıb.


Ötənilki qitə çempionatında Simonov halqalarda gümüş medal qazanmışdı.