
Azərbaycan - Estoniya matçının başlama vaxtı bəlli oldu
- 18 Fev 2022 17:15
- 638
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisinin Estoniya komandasına qarşı keçirəcəyi oyunun başlama vaxtı məlum olub.
Rekord.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, martın 25-də Sumqayıtdakı “Kapital Bank Arena”da keçiriləcək oyun saat 19:00-da başlayacaq.