Azərbaycanda qadın voleybolçuların çempionatında 2019/20 illər mövsümündə yeni klub mübarizə aparacaq. "Rekord.az" xəbər verir ki, yaxın günlərdə start götürəcək Super Liqada "Mübariz" adlı yeni komanda iştirak edəcək. 

Azərbaycan Voleybol Federasiyasından verilən məlumata görə, yeni komandaya ölkəmizdə fəaliyyət göstərən türkiyəli Adnan Kistak baş məşqçilik edəcək. Komandanın heyəti də artıq formalaşıb. 

"Mübariz" çempionat öncəsi hazırlıq matçında qüvvəsini sınayıb. Kistakın rəhbərlik etdiyi komanda "Lokomotiv"lə qarşılaşıb və quru hesabla uduzub.