"Azərbaycan çempionatı Belarus çempionatından güclüdür" MÜSAHİBƏ
- 29 Noy 2022 17:00
- 578
“Kəpəz”in belaruslu legioneri Yeqor Xvalko "Şamaxı"ilə oyundan sonra Rekord.az saytına müsahibə verib:
- “Kəpəz”ə gəlişin necə oldu?
- Təklif oldu və mən də düşünüb qərar verdim. Çünki həmin anda Belarusda çıxış etdiyim komanda da maliyyə problemləri var idi. Ona görə də “Kəpəz”ə keçmək təklifinə müsbət cavab verdim
- Təklif kimin vasitəsi ilə edilmişdi?
- Menecerlər vasitəsi ilə baş tutdu. Sabiq klubumla danışdım və onlar da məni buraxmağa razı oldular.
- Müqavilənin müddəti nə qədərdi?
- 1 illik.
- Uyğunlaşma prosesi necə gedir?
- Çox yaxşı, hər şey qaydasındadır. Tanışlarım da var. Ümumiyyətlə, ünsiyyət qurmaqda çətinlik çəkmədim.
- “Kəpəz” və çempionatımızın səviyyəsi haqda hansı fikirdəsən?
- “Kəpəz” yaxşı komandadır. Düzdür, mövsümün startında uğursuz oyunlarımız oldu, vacib xallar itirdik, amma tədricən toparlanıb işləri qaydasına salırıq. “Şamaxı” ilə oyuna da qələbə üçün çıxmışdıq, amma bəxtimiz gətirmədi. Bir az da üzərimizdə işləməliyik, çünki kubok matçına kimi iki vacib çempionat oyunumuz olacaq. Çempionata gəlincə, deyərdim ki, Azərbaycan çempionatı güclüdür. Hətta deyərdim, Belarus çempionatından da güclüdür.
- Qarşınıza qoyulan əsas hədəf nədir: çempionat, kubok, yoxsa, hər iki cəbhə?
- Bütün turnirlərdə yaxşı nəticə üçün oynayacayıq. “Turan Tovuz”la ötən turdakı oyunumuz da sübut etdi ki, daha yaxşı oynamağa layiqiq. Hər dəfə istədiyin nəticəni əldə edə bilmirsən amma bunun üçün çalışmaq lazımdır.
- “Şamaxı” ilə oyunda xal qazandınız, yoxsa itirdiniz?
- İtirdik. Çünki ilk hissədə xeylıi qol imkanlarımız oldu. Düzdür, ikinci hissədə “Şamaxı”nın da epizodları oldu. Amma bizim epizodları daha real sayıram. Komanda üzvlərinin simasından da hiss olinur ki, nəticə onların üzrəyində olmayıb.
Anar XANLAROV