Avarçəkmə üzrə Azərbaycan çempionatı başa çatıb.  


Rekord.az xəbər verir ki, yarış Gənclər və İdman Nazirliyi və Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı ilə keçirilib.


Avarçəkənlər turnirin ikinci günündə akademik, kayak və kanoe növlərində 7 dəst medal uğrunda mübarizə aparıblar. 


Qaliblər diplom və medallarla mükafatlandırılıblar. Yarışda fərqlənən avarçəkənlər sentyabr və oktyabrda ölkəmizdə keçiriləcək III MDB Oyunlarında mübarizə aparacaqlar. 


Qeyd edək ki, III MDB Oyunlarında avarçəkmə yarışları "Kür" Olimpiya Tədris-İdman Mərkəzində baş tutacaq. Azərbaycan çempionatı həm də MDB Oyunlarına hazırlıq və test xarakteri daşıyıb.