
Azərbaycan birinciliyinin qalibləri müəyyənləşdi
- 20 May 2025 19:50
- 39
Badminton üzrə U-17 Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib.
Rekord.az xəbər verir ki, 3 gün ərzində keçirilən yarışda ümumilikdə 125 yeniyetmə badmintonçu iştirak edib.
Oğlanların şəxsi yarışında Fərəc Kərimli, qızların mübarizəsində isə Aysel Kazımova qızıl medal qazanıblar.
Oğlanlar arasında qoşa yarışda Malik Cəfərov - Nihat Əliyev, qızlarda isə Aysel Kazımova - Qəndab Niftalızadə cütlükləri fəxri kürsüyə yüksəliblər.
Qarışıq-qoşa yarışlarda Fərəc Kərimli - Aysel Kazımova cütlüyü qızıl medala sahib çıxıb.