Bakıda 2010/2011-ci il təvəllüdlü idmançılar arasında atletika üzrə ölkə birinciliyinə start verilib.


Rekord.az xəbər verir ki, yarış Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının (AAF) təşkilatçılığı ilə keçirilir.


Açılış mərasimində çıxış edən AAF-nin vitse-prezidenti Könül Nurullayeva və Gənclər və İdman Nazirliyinin sektor müdiri Sevda Mirzəyeva iştirakçılara uğurlar arzulayıblar.


Yarışda paytaxt təmsilçiləri ilə yanaşı, Gəncə, Naxçıvan, Mingəçevir, İsmayıllı, Xızı, Quba, Xaçmaz, Astara və Bərdədən olan 170-dən çox atlet mübarizə aparır.


Ölkə birinciliyində müxtəlif məsafələrə qaçış, uzunluğa tullanma, hündürlüyə tullanma, çəkic atma, lövhə atma, nizə atma və nüvə itələmə üzrə ən güclülər müəyyənləşəcək.


Azərbaycan İdman Akademiyasının stadion kompleksi və AAF-nin Atma növləri üzrə bazasında keçirilən yarış 2 gün davam edəcək.