Gənc boksçular arasında Azərbaycan birinciliyində 1/4 final mərhələsinin görüşlərinə yekun vurulub. Rekord.az xəbər verir ki, 50 komandanın iştirakı ilə Boks Mərkəzində təşkil edilən yarışın 4-cü günündə 32 döyüş baş tutub.

8 çəki dərəcəsi üzrə keçirilən qarşılaşmalardan sonra yarımfinalçıların adlarına aydınlıq gəlib. Qələbə qazanan boksçular bununla da özləri üçün ən azı bürünc medalı təmin ediblər. Yığmamızın aparıcı boksçularından Zaur Qəhrəmanov (63,5), Qulu Quliyev (67 kq) və Ənvər Babayev (75 kq) da final üçün döyüşmək hüququ qazanıblar.

Qeyd edək ki, birincilikdə sabah yarımfinal döyüşləri keçiriləcək. Görüşlər saat 14:00-da başlanacaq.

Azərbaycan birinciliyi
IV günün nəticələri
1/4 final

57 kq
Arif Bayramov (“Təhsil” RİM) – Osman Ağayev (“Spartak” İC) – birinci tam üstünlüklə qalib gəlib
Sabir Verdizadə (Mingəçevir) – Seyidəli Bayramov (UGM-13) – 0:5
Nadir Məlikov (“Təhsil” RİM) – İbrahim Yusifov (Sumqayıt) – 4:1
Əli Ağayev (UGM-7) – Nihat Qurbanlı (“Neftçi” İK) – birinci tam üstünlüklə qalib gəlib

60 kq
Rəvan Qasımlı (DİN İC) – Əfqan Abasov (Sabirabad) – 5:0
İlkin Abbasov (“Kür” İK) – Aslan Quliyev (“Neftçi” İK) – 0:5
Əli Səmədli (Mingəçevir) – Tural Həsənov (Abşeron) – ikinci tam üstünlüklə qalib gəlib
Tağı Tağızadə (“Təhsil” RİM) – İsmayıl İsmayılzadə (“Qızıl əlcək” İK) – 5:0

63,5 kq
Tamerlan Əliyev (METE) – Elçin Süleymanov (Şirvan) – 5:0
Elsevər Gülbalayev (Siyəzən) – Vəli Abdullayev (ROİL) – birinci tam üstünlüklə qalib gəlib
Qasım Qasımov (“Neftçi” İK) – Emil Əhmədov (Gəncə) – birinci tam üstünlüklə qalib gəlib
Zaur Qəhrəmanov (Lənkəran) – Məhəmməd Həbibli (Biləsuvar) – birinci tam üstünlüklə qalib gəlib

67 kq
Səid Abdullayev (“Neftçi” İK) – Elmar Həziyev (Balakən) – 5:0
Ayxan Rəhimov (Şəmkir) – Taleh Qasımoğlu (Z-1) – 1:4
Şəmsi Şahbazov (MOİK) – Musa Mürsəlov (İmişli) – 5:0
Qulu Quliyev (“Təhsil” RİM) – Elnur Abdullazadə (Tərtər) – birinci tam üstünlüklə qalib gəlib

71 kq
Daniel Xolostenko (“Qızıl əlcək” İK) – Fuad Babayev (“Neftçi” İK) – 5:0
Murad Xəlilov (Gəncə) – Rəvan Quliyev (Tərtər) – ikinci diskvalifikasiya olunub
Dədəkişi Kazımov (Astara) – Sənan Hətəmov (RİM-1) – ikinci tam üstünlüklə qalib gəlib
Nazir Məmmədov (MOİK) – Lətif Həsənov (“Sərhədçi” İK) – 0:5

75 kq
Ənvər Babayev (“Təhsil” RİM) – Amin Mayılov (“Gömrükçü” İK) – ikinci döyüşə gəlməyib
Anar Hüseynov (Lənkəran) – Rəvan Rzayev (“Sərhədçi” İK) – ikinci tam üstünlüklə qalib gəlib
Rza Rzazadə (“Gömrükçü” İK) – Aslan Adıgözəlov (Sumqayıt) – ikinci diskvalifikasiya olunub
Sənan Kazımi (UGM-7) – Fəqan Məmmədov (MOİK) – 0:5

80 kq
Gülağa Güləlizadə (“Kür” İK) – Əli Malikov (Astara) – ikinci tam üstünlüklə qalib gəlib
Ramiz Əsgərov (Siyəzən) – Məhəmməd Muradov (UGM-7) – 5:0
Kənan Səlimov (Tərtər) – Hacımurad Aşurov (Zaqatala) – birinci tam üstünlüklə qalib gəlib
Sərxan Budaqov (“Təhsil” RİM) – Zakir Abdullayev (Salyan) – 5:0

+92 kq
Fərid İsmayılov (“Garpa Renzo” İK) – İsa Surxayev (Zaqatala) – birinci tam üstünlüklə qalib gəlib
Nurlan Əlibəyli (Şirvan) – İbrahim Xəlilov (“Gömrükçü” İK) – birinci qalib gəlib
Rüstəm Yusifov (RRBOX) – Səbuhi Əlizadə (“Təhsil” RİM) – ikinci tam üstünlüklə qalib gəlib
Dəyanət Vəliyev (UGM-7) – Aqil Heydərov (MOİK) – ikinci tam üstünlüklə qalib gəlib