
Azərbaycan avarçəkəni Slovakiyada qızıl medal qazandı
- 24 May 2025 23:04
- 26
Azərbaycan avarçəkəni Tatyana Smilovenko Slovakiyada yeniyetmə və gənclər arasında kayak, kanoe üzrə 38-ci beynəlxalq “Bratislava Reqatası” turnirində qızıl medal qazanıb.
Rekord.az xəbər verir ki, o, 1 nəfərlik kanoe qayığında 200 metr məsafəyə yürüşdə uğurlu çıxış edib.
Bundan başqa, kayak qayığında 200 metr məsafədə mübarizə aparan Əlimurad Hacızadə isə ikinci yer tutub.
Yarışda 20-dən çox ölkənin təmsilçisi qüvvəsini sınayıb.