
Azərbaycan avarçəkəni Qazaxıstanda medal qazandı
- 14:45
- 37
Azərbaycan idmançısı Qazaxıstanda təşkil olunan akademik avarçəkmə üzrə "Türküstan kuboku"nda medal qazanıb.
Bu barədə Rekord.az-a Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının mətbuat xidmətindən bildirilib.
Türküstan şəhərində keçirilən reqatada gənc idmançı Nurlan Paşayev uğurlu nəticə əldə edib. Finalda finiş xəttini üçüncü keçən Nurlan bürünc medala sahib olub.