Azərbaycan atleti Əlhəm Nağıyev Tokioda keçirilən dünya çempionatında mübarizəni başa vurub.


Bu barədə Rekord.az-a Azərbaycan Atletika Federasiyasından bildirilib.


O, 200 metr məsafəyə qaçışda 48-ci yeri tutub. Məsafəni 21.10 saniyəyə qət edən Nağıyev yarımfinala yüksələ bilməyib.


İdmançı seçmə mərhələdə botsvanalı olimpiya çempionu Letsil Teboqo ilə eyni start xəttini paylaşıb.