Azərbaycan təmsilçisi Qazaxıstanın Almatı şəhərində keçirilən atletika üzrə Qosanov Memorialında bürünc medal qazanıb.


Rekord.az xəbər verir ki, ilk yarış günündə mübarizəyə qoşulan atletlərimizdən Nazim Babayev uzunluğa tullanma növündə 7.48 metr göstərici ilə fəxri kürsünün üçüncü pilləsinə qalxıb.


Dünya Atletikası Kontinental Turun bürünc səviyyəli yarışında 15 ölkəni təmsil edən 150-dən artıq idmançı iştirak edir.


Nazim Babayev sabah üçtəkanla tullanma növündə də mübarizə aparacaq.