"Neftçi"yə yerli futbolçu statusu ilə transfer edilən Azər Əliyev sonradan sənəd məsələsini həll edə bilmədiyi üçün legioner statusunda oynamağa başladı. Legionerlərlə bağlı isə limit olduğundan Samir Abasov Azərə tez-tez əsas heyətdə şans verə bilmirdi.

Rekord.az xəbər verir ki, Regehampfın gəlişindən sonra Əliyevin daha çox oynamaq şansı qazanması da sırf limitlə bağlıdır.

Bu mövsüm üçün legioner limiti 7+4 edildiyi üçün rumıniyalı məşqçi legioner statusu daşıyan Azəri rahat şəkildə start heyətində oynada bilir.