
Azər Əliyevin Azərbaycan pasportu alması bu qurumdan asılıdır
- 17 Sen 2022 11:00
- 624
Bu ilin əvvəlində «Neftçi» ilə 3 illik müqavilə bağlayan Azər Əliyev Azərbaycan yığmasında forma geyinməyə razılıq verib.
Rekord.az xəbər verir ki, bu barədə Bakı klubundan sportinfo.az-a məlumat verilib.
«Ağ-qaralar»ın «Ufa»dan transfer etdiyi yarımmüdafiəçi bununla bağlı AFFA-ya məktub ünvanlayıb. Federasiya da öz növbəsində Gənclər və İdman Nazirliyini (GİN) həmin müraciətlə tanış edib.
Hələlik GİN Rusiya vətəndaşlığı daşıyan Əliyevin milliləşdirilməsinə dair təklifə münasibət bildirməyib. Prosesin ilin sonunadək müsbət həllini tapması gözlənilir.