Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Rekord.az xəbər verir ki, iclasda Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

“Qarabağ” – “Qəbələ” oyununda “Qarabağ”ın azarkeşləri pirotexnikadan istifadə etdiyi üçün klub 800 manat cərimə olunub. “Qarabağ”ın azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr işlədildiyi üçün klub 4000 manat cərimə olunub.

“Neftçi” – “Zirə” oyununda matç gec başlandığı üçün meydan sahibi klub 3200 manat cərimə olunub.