
Azarkeşlər Səlahətin göndərilməsini tələb edir
- 15 May 2023 11:00
- 677
"Qəbələ" azarkeşləri komandanın qapıçısı Səlahət Ağayevdən hədsiz narazıdır.
Rekord.az xəbər verir ki, "Turan Tovuz"la dünənki qarşılaşmadan sonra soyunub-geyinmə otağına yollanan əlcək sahibi yerli fanatların sərt təpkisi ilə qarşılaşdı.
Bir neçə azarkeş hətta baş məşqçi Elmar Baxşıyevə xitabən Səlahəti oynatmamağı, onu, ümumiyyətlə, komandadan göndərməyi tələb etdi.
Qeyd edək ki, ilk hissədə bir epizodda qapısını yersiz tərk edən Səlahət az qala Evanın fərqlənməsinə şərait yaradacaqdı. Son anda İlkin Qırtımov kamerunlunun fərqlənməsinə mane ola bildi.
"Turan Tovuz"un ikinci qolunda isə azarkeşlər Ağayevi çıxıb topu götürə bilməməkdə ittiham edir.