"Real"ın və Belçika millisinin futbolçusu Eden Hazard yığmadakı karyerasını başa vurduöunu açıqlayıb.

Rekord.az xəbər verir ki, bu barədə 31 yaşlı hücumçu öz sosial şəbəkə hesablarında yazıb. 

Maraqlıdır ki, belçikalı azarkeşlərin böyük əksəriyyəti onun bu qərarını qəbul etməyib və dəstəkləməyib. Azarkeşlər 31 yaşlı futbolçunun ən azı AÇ-2024-ə qədər millidə qalmasını istəyib.