Futbol üzrə Avropa Liqasının 1/16 final mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı oyunçusu açıqlanıb.

Rekord.az xəbər verir ki, İngiltərənin “Arsenal” klubunun hücumçusu Pyer-Emerik Obameyanq həftənin ən yaxşısı elan olunub.

Qabonlu hücumçu Portuqaliyanın “Benfika” klubuna 3:2 hesabı ilə qalib gəldikləri matçda dubla imza atıb.

32 yaşlı forvard UEFA-nın saytında azarkeşlər arasında keçirilən səsvermədə İngiltərənin digər təmsilçisi “Tottenhem”in yarımmüdafiəçisi Dele Allini, Şotlandiya “Reyncers”inin hücumçusu Alfredo Morelos və Norveç “Molde”sinin qapıçısı Andreas Lindeni qabaqlayıb.