Avroliqada həftənin ən yaxşısı adına 4 namizəd
- 2020-11-27 12:30
- 450
Avropa Liqasının qrup mərhələsinin 4-cü turunun ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.
Rekord.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, ən yaxşı adına “Arsenal”dan Nikolas Pepe, “Tottenhem”dən Karlos Vinisius, “Bayer”dən Kərəm Demirbay və PSV-dən Kodi Qakpodur namizəd göstərilib.
Qalib, qitə futbol qurumunun rəsmi saytında azarkeşlər arasında keçiriləcək səsvermə nəticəsində müəyyənləşəcək.