Futbol üzrə Avropa Liqasında qrup mərhələsinin ilk turunun oyunlarından sonra həftənin ən yaxşı oyunçusu adına namizədlər açıqlanıb.

Rekord.az xəbər verir ki, bu həftənin ən yaxşı oyunçusu adına Deklan Rays ("Vest Hem", İngiltərə), Viktor Osimhen (“Napoli”, İtaliya), Mario Götze (PSV, Niderland) və Xuanmi ("Betis", İspaniya) namizəddir.

Qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasında aparılan səsvermə nəticəsində müəyyənləşəcək.