"Qarabağ"ın UEFA Avropa Liqasının G qrupundakı oyunlarının təqvimi bəlli olub.

Rekord.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda ilk matçını sentyabrın 8-də Almaniyada "Frayburq"a qarşı keçirəcək.

Ağdam klubu sonuncu - 6-cı turda da Bakıda eyni komandanı qəbul edəcək.

Avropa Liqası

1-ci tur, 8 sentyabr

Frayburq (Almaniya) - Qarabağ

2-ci tur, 15 sentyabr

Qarabağ - Nant (Fransa)

3-cü tur, 6 oktyabr

Olimpiakos (Yunanıstan) - Qarabağ

4-cü tur, 13 oktyabr

Qarabağ - Olimpiakos

5-ci tur, 27 oktyabr

Nant - Qarabağ

6-cı tur, 3 noyabr

Qarabağ - Frayburq