Avro-2020-nin seçmə mərhələsinin rəmzi komandası açıqlanıb.

Rekord.az UEFA-nın saytına istinadən xəbər verir ki, millimizin mübarizə apardığı E qrupundan heç kim simvolik komandaya düşməyib. Yığmamızın qrupunda Xorvatiya və Uels AÇ-2020-nin final mərhələsinə vəsiqə qazanıb.

Türkiyə millisinin müdafiəçisi Merih Demiral da rəmzi 11-likdə yer alıb.

Qapıçı: Andrey Pyatov (Ukrayna);

Müdafiəçilər: Melih Demiral (Türkiyə), Serxio Ramos (İspaniya), Raqnar Siqurdsson (İslandiya);

Yarımmüdafiəçilər: Yoannis Kusulos (Kipr), Eran Zahavi (İsrail), Corcinyo Veynaldum (Niderland), Bernardo Silva (Portuqaliya);

Hücumçular: Memfis Depay (Niderland), Rahim Sterlinq, Harri Keyn (hər ikisi İngiltərə).