Qadın voleybolçular arasında ölkə çempionatı başa çatıb. "Rekord.az" xəbər verir ki, Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov, vitse-prezidentlər - Faiq Qarayev, Bəhruz Quliyev, baş katib Faiq Orucov və digərləri Voleybol Mərkəzində təşkil olunan son qarşılaşmaları izləyiblər.

Final matçından sonra AVF rəsmiləri qalib komandalarla görüşüb. Ş.Bağırov ölkə birinciliyinin mükafatçılarını təbrik edib, onlara qarşıdakı yarışlarda uğurlar arzulayıb.

Sonda qurum rəhbərliyi voleybolçularla xatirə şəkli çəkdirib.

Qeyd edək ki, finalda "Azərreyl" və "Abşeron" klubları üz-üzə gəlib. Üç qələbə qazanan "Azərreyl" Azərbaycan çempionu olub. "Abşeron" gümüş, "Murov" isə bürünc medala sahib çıxıb.