
"Atletiko"nun yarımmüdafiəçisi MLS klubuna keçdi
- 03 Mar 2022 12:43
- 449
"Atletiko"nun futbolçusu Hektor Herrera karyerasını ABŞ-da davam etdirəcək.
Rekord.az xəbər verir ki, meksikalı yarımmüdafiəçi bu ölkənin "Hyuston Dinamo" klubu ilə anlaşıb. Məlumatı MLS təmsilçisinin rəsmi saytı yayıb. Tərəflər arasında 3 illik müqavilə imzalanıb.
31 yaşlı yarımmüdafiəçi yeni komandasına yayda qoşulacaq. Onun Madrid klubu ilə müqaviləsi iyun ayının 30-da bitəcək.
Qeyd edək ki, Hektor Herrera "Atletiko"ya 2019-cu ilin yayında "Portu"dan keçib. Təcrübəli futbolçu cari mövsümdə İspaniya klubunun heyətində 20 oyunda meydana çıxıb.