"Atletiko"nun tarixinə düşdü
- 11:00
- 25
Xorxe Dominqes "Atletiko"nun heyətində İspaniya çempionatında çıxış edən ən gənc futbolçusu olub.
Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, o, Madrid komandasının start heyətində La Liqanın I turunda "Malaqa"ya qarşı oyunda (2:0) meydana çıxıb.
Debüt zamanı ispaniyalı müdafiəçi 16 yaş 241 günlüyündə olub.
Qeyd edək ki, X.Dominqes 21 dekabr 2009-cu ildə Madriddə anadan olub. O, 2026/2027 mövsümündə UEFA Gənclər Liqasında 6 oyun keçirib və 1 məhsuldar ötürmə edib.