"Atletiko"nun müdafiəçisi Renan Lodi İngiltərə Premyer Liqasında oynayacaq.

Rekord.az xəbər verir ki, Lodi "Nottingem Forest"lə anlaşıb.

İngiltərə klubu braziliyalının bir illik icarə müddəti üçün 5 milyon avro ödəyəcək.

"Nottingem Forest" mövsüm sonunda Renanın transfer hüququna sahib çıxmaq üçün 30 milyon avro ödəməli olacaq.

24 yaşlı futbolçu 2019-cu ildə “Atletiko Paranaense”dən “Atletiko”ya keçmişdi.