"Atletiko" La Liqada 25-ci tur oyununa çıxıb.

Rekord.az xəbər verir ki,  Madrid klubu 25-ci turda "Osasuna"nın qonağı olub və 3:0 hesabı ilə qalib gəlib.

"Osasuna" - "Atletiko" - 0:3
Qollar:
 Feliks, 3, Suares, 59, Korrea, 89

Bu nəticədən sonra xalını 42-yə yüksəldən Dieqo Simeonenin baş məşqçisi olduğu komanda turnir cədvəlinə 4-cü pilləyə yüksəlib. Siyahıya 54 xalla "Real" başçılıq edir."Sevilya" 50 xalla 2-ci, "Betis" 43 xalla 3-cüdür.