"Atalanta" rəsmi saytı vasitəsi ilə "Sassuolo"nun hücumameyilli yarımmüdafiəçisi Jeremi Boqanı heyətinə qatdığını açıqlayıb.

Rekord.az xəbər verir ki, müqavilənin detalları açıqlanmayıb.

Daha öncə İtaliyanın idman potallarında Berqamo təmsilçisinin Boqaya görə qarşı tərəfə 22 milyon avro ödəyəcəyi və onun 5 illik sözləşməyə imza atacağı barədə məlumatlar yayılmışdı.

Bu mövsüm "Sassuolo"nun heyətində A Seriyasında 12 matça çıxan 25 yaşlı futbolçu 2 məhsuldar ötürmə ilə diqqət mərkəzinə düşüb.

Hazırda Boqa Kamerundadır. O, Fil Dişi Sahili millisinin sıralarında Afrika Millətlər Kubokunda iştirak edir.