“ASCO Arena”da quraşdırılmış süni ot örtüyü FİFA-nın “Quality Pro” sertifikatına layiq görülüb.

Rekord.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, ali futbol qurumunun keyfiyyət nişanı stadionda beynəlxalq oyunların keçirilməsinə imkan verir.

Daha əvvəl Şamaxı şəhər stadionu da eyni sertifikatı alıb.