“Karate Combat"da çempionluq kəmərinə sahib çıxan Rafael Ağayev ABŞ təmsilçisi Reymond Denielsə qalib gəldiyi döyüşdən sonra fikirlərini bölüşüb.

Rekord.az xəbər verir ki, 35 yaşlı idmançı kəməri qazanmaq üçün çox çalışdığını bildirib:

“Bir il səkkiz ay əvvəl anam vəfat edib. Bu, həmin vaxtdan sonra əldə etdiyim ilk qızıl medaldır. Mükafatı anama və xalqıma həsr edirəm. Bu titul Azərbaycan xalqınındır. Arzuma çatdım və dünya çempionu oldum”.

Ağayev Denielsin "Karate Combat"da üz-üzə gəldiyi ən güclü döyüşçü olduğunu söyləyib.

Xatırladaq ki, Rafael Ağayev karate üzrə 5 qat dünya və 11 qat Avropa çempionu, Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısıdır. O, 2018-ci ildən "Karate Combat"da mübarizə aparır.