“Arsenal” baş məşqçisi Unay Emeri ilə yollarını ayıra bilər. 

Rekord.az xəbər verir ki, İngiltərə mətbuatı artıq ispan mütəxəssisin yerinə üç namizədin adını açıqlayıb.

Bunlar Maurisio Poçettino, Massimiliano Alleqri və Mikel Artetadır. Poçettino və Alleqri hazırda işsizdir, Arteta isə “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiolanın köməkçisidir. “Arsenal” hazırda Premyer Liqada 18 xalla 8-ci sıradadır.