“Arsenal” qapıçısı Aaron Ramzdeyllə yeni müqavilə bağlayıb.

Rekord.az London klubunun rəsmi saytına istinadən xəbər verir ki, 25 yaşlı qapıçı ilə yeni müqavilənin müddəti 2027-ci ilin 30 iyununa qədər nəzərdə tutulub. 

Ramzdeyl “Arsenal”a 2021-ci ildə “Şeffild Yunayted”dən gəlib. O, bu komandada 76 oyuna çıxıb, 86 qol buraxıb. Daha öncə “Şeffild Yunayted”, “Bornmut”, “Uimbldon” və “Çesterfild”də də oynamış qapıçı İngiltərə millisində 3 oyuna çıxıb.