
“Arsenal”da yeni müqavilə
- 25 May 2022 19:30
- 466
İngiltərənin “Arsenal” klubu yarımmüdafiəçisi Məhəmməd Elneni ilə müqavilə yeniləyib.
Rekord.az xəbər verir ki, 29 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.
Misirli futbolçu 2016-cı ildən “Arsenal”da çıxış edir. O, bu komandada meydana çıxdığı 147 oyunda 5 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.