
"Arsenal"a böyük mükafat vədi
- 09 Mar 2022 14:43
- 479
“Arsenal” Çempionlar Liqasına vəsiqə qazansa, komandanın futbolçuları böyük məbləğdə mükafat alacaqlar.
Rekord.az xəbər verir ki, “topçular” mövsümün sonunda İngiltərə Premyer Liqasında ilk 4-lüyə düşsələr, o zaman pul mükafatı və telemüqavilə üzrə ödənişlərin əhəmiyyətli hissəsi futbolçuların payına düşəcək.
Futbolçular arasında bonuslar proporsional olaraq paylanacaq. Pul mükafatlarının 500.000 funt sterlinq olacağı təxmin edilir.
Bundan əlavə, “Arsenal” Çempionlar Liqasına vəsiqə qazansa, növbəti mövsümdə bəzi futbolçuların maaşı artırılacaq. Belə bir maddə “Arsenal”ın bir neçə futbolçusunun müqaviləsində göstərilib.
“Arsenal” 28 turdan sonra Premyer Liqada 48 xalla 4-cü pillədə qərarlaşıb. Komandanın ehtiyatda 3 oyunu var.