İngiltərənin “Arsenal” klubu baş məşqçisi Unai Emerini istefaya göndərib.

Rekord.az xəbər verir ki, bu barədə London klubunun rəsmi saytı məlumat yayıb. 

İstefaya komandanın cari mövsümdəki uğursuz çıxışı səbəb olub. İspan mütəxəssis öz məşqçi heyəti ilə birgə “Arsenal”ı tərk edib. Baş məşqçi vəzifəsini müvəqqəti olaraq Fredrik Yunqberq icra edəcək.

Qeyd edək ki, London təmsilçisi bütün turnirlərdə son 7 matçın heç birində qələbə qazana bilməyib. Bu, klubun son 27 ildə ən pis göstəricisidi.

Xatırladaq ki, Emeri “Arsenal”a 2018-ci ilin yazından rəhbərlik edirdi. London klubu Premyer Liqada 13 turdan sonra 18 xalla 8-ci pillədə qərarlaşıb.