Futbol üzrə Amerika Kubokuna start verilib.

Rekord.az xəbər verir ki, ABŞ-də təşkil olunan turnirin açılış matçında son dünya çempionu Argentina millisi Kanada ilə üz-üzə gəlib.

Qarşılaşma “tanqoçular”ın qələbəsi ilə bitib - 2:0.

Argentinanın heyətində 49-cu dəqiqədə Xulian Alvares, 88-ci dəqiqədə Lautaro Martines fərqlənib.

Amerika Kuboku iyulun 14-də başa çatacaq.