
“Araz-Naxçıvan”ın Türkiyədə ilk sınağı
- 11:30
- 38
Yeni mövsümə hazırlığını Türkiyənin Ərzurum şəhərində davam etdirən “Araz-Naxçıvan” bu gün ilk yoxlama oyununu keçirəcək.
Rekord.az xəbər verir ki, Naxçıvan təmsilçisi “Bayburtspor”la qarşılaşacaq.
Görüş Bakı vaxtı ilə saat 15:00-da start götürəcək. “Qırmızı-ağlar” iyulun 11-də “Alanyaspor”la, 17-də isə “Trabzonspor”la qarşılaşacaq.
“Araz-Naxçıvan" UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Aris"lə (Yunanıstan) üz-üzə gələcək. Komandalar arasında ilk görüş iyulun 24-də Bakıda, cavab matçı isə 31-də Salonikidə baş tutacaq.