
“Araz-Naxçıvan”ın Çempionlar Liqasındakı oyunlarının təqvimi açıqlandı
- 13:30
- 38
Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək "Araz-Naxçıvan" futzal komandasının oyunlarının təqvimi açıqlanıb.
Rekord.az Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, turnirin ilkin mərhələsində iştirak edəcək Naxçıvan təmsilçisi ilk matçını Şimali İrlandiyanın "Sparta" klubuna qarşı keçirəcək.
UEFA Çempionlar Liqası
İlkin mərhələ
F qrupu
Araz-Naxçıvan – Sparta Belfast (Şimali İrlandiya)
27 avqust. Linz. NMS İdman Sarayı. Saat 19:00
PYF Saltires (Şotlandiya) – Araz-Naxçıvan
28 avqust. Linz. NMS İdman Sarayı. Saat 19:00
Ljuti Krajişniçi (Avstriya) – Araz-Naxçıvan
30 avqust. Linz. NMS İdman Sarayı. Saat 21:30