
“Araz-Naxçıvan”dan Türkiyə klubuna 14 cavabsız qol
- 09 İyl 2025 17:30
- 45
Yeni mövsümə hazırlığını Türkiyənin Ərzurum şəhərində davam etdirən “Araz-Naxçıvan” ilk yoxlama oyununu keçirib.
Rekord.az xəbər verir ki, Naxçıvan təmsilçisi yerli “Bayburtspor”la üz-üzə gəlib.
Qarşılaşma Azərbaycan təmsilçisinin 14:0 hesablı qələbəsi ilə yekunlaşıb.
“Qırmızı-ağlar” iyulun 11-də “Alanyaspor”la, 17-də isə “Trabzonspor”la qarşılaşacaq.
"Araz-Naxçıvan" Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Aris"lə (Yunanıstan) üz-üzə gələcək. Komandalar arasında ilk görüş iyulun 24-də Bakıda, cavab matçı isə 31-də Salonikidə baş tutacaq.